Çin Tayvana 30 təyyarə və 5 hərbi gəmi GÖNDƏRDİbackend

Çin Tayvana 30 təyyarə və 5 hərbi gəmi GÖNDƏRDİ

Çin Tayvana 30 təyyarə və beş hərbi gəmi göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, Çin Xalq Azadlıq Ordusu bazar ertəsi Tayvana 30 döyüş təyyarəsi və 5 döyüş gəmisi göndərib.

“Saat 17:00-a olan məlumata görə, Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 5 gəmisi və 30 təyyarəsini aşkar edib, onlardan 15-i Tayvan boğazının orta xəttini keçib”, -deyə adanın müdafiə nazirliyi tvitində bildirib.

Qeyd olunur ki, “median xətti” adlanan ərazini keçən hərbi təyyarələr arasında bir Z-9 sualtı əleyhinə helikopter, səkkiz Su-30 qırıcısı, dörd J-16 və iki J-11 təyyarəsi də olub.

Agentliyin məlumatına görə, Tayvan vəziyyəti izləmək üçün hava patrulu göndərib və həmçinin zenit-raket sistemlərini yerləşdirib.

Məlumata görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bazar ertəsi bildirib ki, ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətinin adaya səfərinə cavab olaraq Çin ordusu yenidən Tayvan ətrafında hərbi təlimlər keçirir və patrullar yerləşdirir.

Qeyd edək ki, senator Ed Markinin başçılıq etdiyi ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti bazar günü iki günlük səfər üçün Tayvana gəlib.

Daha əvvəl bildirilmişdi ki, nümayəndə heyəti ABŞ-Tayvan münasibətləri, regional təhlükəsizlik, ticarət və investisiya, qlobal təchizat zəncirləri, iqlim dəyişikliyi və qarşılıqlı maraq doğuran digər mühüm məsələləri müzakirə etmək üçün Tayvanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*