Çin üsyan etdi: “Əlaqələrin kəsilməsi yolverilməzdir”backend

Çin üsyan etdi: "Əlaqələrin kəsilməsi yolverilməzdir"

Çinin xarici işlər naziri Van Yi koronavirusun törətdiyi yeni tipli pnevmoniya səbəbindən ölkə ilə nəqliyyat əlaqələrinin kəsilməsinin yolverilməz olduğunu bildirib.

KONKRET.AZ TASS-a istinadən xəbər verir ki, pakistanlı həmkarı Şah Maxmud Kureşi ilə telefon söhbətində çinli nazir Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, bir sıra ölkələrin Çinlə gediş-gəlişə bütövlükdə qadağa qoyduqlarını xatırladıb:

“Kimlərinsə çətin vəziyyətə düşdüyü bir vaxtda atılan bu kimi addımlar beynəlxalq əməkdaşlıq baxımdan məqbul sayıla bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*