Çin və ABŞ liderləri koronavirusa qarşı mübarizəni müzakirə etdilər – Telefonlabackend

Çin və ABŞ liderləri koronavirusa qarşı mübarizəni müzakirə etdilər - Telefonla

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə telefon danışıqları aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS Çinin Mərkəzi televiziyasına istinadən məlumat yayıb.

Söhbət zamanı ölkə liderləri yeni tipli koronavirus epidemiyasına qarşı mübarizəni müzakirə ediblər. Si Cinpin amerikalı həmkarını əmin edib ki, Çin hökuməti virusun yayılmasına qarşı mübarizə üçün bütün lazımi tədbirləri görür.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*