Cinayətkarlar milyonlarla dəyəri olan sənət əsərlərini məhv etdibackend

Cinayətkarlar milyonlarla dəyəri olan sənət əsərlərini məhv etdi

ABŞ-da 20 ildir Pensilvaniya ştatında sənət əsərlərini oğurlayan, yenidən satan və məhv edən cinayətkar qruplaşma nümayəndələrinə qarşı məhkəmə prosesi davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Dəstənin təşkilatçısı hazırda 52 yaşında olan Dawn Trottadır. Fevralın 9-da o, böyük sənət oğurluğu, mədəni sərvətlərin gizlədilməsi və məhv edilməsi, eləcə də oğurlanmış əşyaların dövlətlərarası daşınmasında təqsirli olduğunu etiraf edib. Trottadan başqa daha səkkiz nəfərdən ibarət qrup 1999-2019-cu illərdə eyni cinayət əməlini törədib.

Prokurorluğun məlumatına görə, cinayətkarlar muzeylərdən saysız-hesabsız sənət əsərləri və zərgərlik məmulatlarını oğurlayıblar. Xüsusilə Trotta və onun əlaltıları Endi Uorholun “La Grande Passion” tablosunu, Amerika futbol çempionatlarının qaliblərinə verilən ondan çox qızıl üzükləri, bir milyon dollar (91,6 milyon rubl) dəyərində üç antik tapança və bir çox digər əşyaları oğurlayıblar.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*