Çinin şimal-şərqində, Rusiya ilə həmsərhəd Heilongjiang əyalətində kömür şaxtalarından birində baş vermiş hadisə nəticəsində azı 11 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə axşamı yerli vaxtla saat 14.40-da Heilongjiang Longmei Shuangyashan Mining mədənində baş verib.
İlkin məlumata görə, hadisəyə səbəb qayaların uçması olub.
Hadisənin dəqiq səbəbləri və təfərrüatları barədə hələlik məlumat verilmir, araşdırma aparılır.
Ariz Həsənoğlu,
KONKRET.az
