Çində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatdıbackend

Çində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatdı

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə əyalətin səhiyyə üzrə komitəsi xəbər yayıb.

Bildirilib ki, Hubey əyalətində 37 yeni ölüm hadisəsi və virusa 1032 yoluxma qeydə alınıb.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Qeyd edək ki, ötən günkü məlumatlarda Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatmışdı. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*