Çində maska ehtiyatları tükəndi – Türk şirkətləri sifariş aldılarbackend

Çində maska ehtiyatları tükəndi - Türk şirkətləri sifariş aldılar

Dünyanın ən isti gündəmlərindən olan və getdikcə genişlənən Korona virusuna qarşı effektiv bir müalicənin olmaması profilaktik tədbirlərə tələbi artırdı. Dünyanın ən çox əhalisi olan Çində vətəndaşlar maska axtarır. Bununla yanaşı, dünyanın istehsal bazası kimi önə çıxan Çinin, maska çatışmazlığı var. Səhmləri sürətlə tükənən Çin şirkətlərinin köməyinə türk istehsalçıları gəldi.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədəki istehsalçılarla təmasa keçən Çinli təchizatçılar yalnız Egey bölgəsindəki istehsalçılardan 2 milyon maska tələb ediblər. İzmirdə fəaliyyət göstərən təhlükəsizlik texnikası və maska istehsal edən şirkətin meneceri Serdar Alaca bu haqda danışıb: “14 ildir bu sektorda fəaliyyət göstəririk. Biz əsasən daxili bazar üçün çalışırıq, ancaq virus epidemiyasından sonra Çin şirkətlərinin çox sıx tələbi ilə qarşılaşdıq. Öz fabrikləri Çindəki tələbə cavab verə bilmir. Yalnız burada dünən günorta saatlarından əvvəl 80 min, sonra isə 20 min maska sifariş aldıq. Bir şirkət bir gün əvvəl 2 milyon ədəd istədi. Bu, 7 yük maşını materialı deməkdir, ancaq indidən bunu qarşılayacaq istehsal gücü yoxdur. Çin şirkətləri hər zaman ‘təcili’ kodu olan bir maska istədiklərini çatdırırlar. Şirkətlər bu tələbə cavab vermək üçün 1 həftədir işləyirlər”. Alaca Türkiyədə 3 firmanın böyük miqyaslı maska istehsalı etdiyini deyib: “Çinli firmalar maska istehsalçıları ilə danışmaq üçün hər yola əl atırlar. Sosial mediadan da əlaqə yaratmağa çalışırlar. Çin firmalarının xüsusilə Türkiyə firmalarından tələb etdiyi maskalar, ABŞ və Avropa standartlarında olan FFP3 mühafizə sinfi olan N95 sinif maskalarıdır. Bütün bu maskalar keyfiyyət standartına uyğun olaraq 1.8 Avro və 3 Avro arasındakı qiymətlərlə satılır. Bu maskaların seçilməsinin səbəbi, normal maskalarla müqayisədə bakteriya, virus, toz, duman və tüstü kimi çirkləndiricilərin süzülməsində 50 qat daha çox qorunma təmin etməsidir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*