Çində nikahların sayı rekord HƏDDƏ DÜŞDÜbackend

Çində nikahların sayı rekord HƏDDƏ DÜŞDÜ

Ötən il Çində nikahların sayı 6,83 milyona düşüb ki, bu da 1986-cı ildən bəri ən aşağı göstəricidir. Keçən il ölkə əhalisi altmış ildə ilk dəfə olaraq, azalıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mülki İşlər Departamenti məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci ildə nikaha daxil olan cütlüklərin sayı 2021-ci ilə nisbətən təxminən 800 min azalıb.

Belə ki, nüfuzlu iqtisadçı Ceyms Lyan Çində aşağı doğum səviyyəsi haqqında məqalə dərc edib.

O, Çinin məktəb sistemində iki illik ixtisara çağırıb. Onun sözlərinə görə, bu, iqtisadi faydalarla yanaşı, qadınlara ailə qurmaq və uşaq sahibi olmaq üçün əlavə bir neçə il verəcək, Çində doğum nisbətini 30% artıracaq.

Qeyd edək ki, Si Cinpinin dövründə hökumət qadınları daha çox uşaq sahibi olmaq üçün gənc yaşda evlənməyə təşviq edir. Bununla belə, 2010-2020-ci illər arasında ilk dəfə ailə quran qadınların orta yaşı 24-dən az qala 29-a yüksəlib.

Xatırladaq ki, 2016-cı ildə Çin onilliklər boyu tətbiq etdiyi bir uşaq siyasətindən imtina edib. Hazırda qadınlara üçə qədər uşaq dünyaya gətirməyə icazə verilir. Hökumət insanları daha çox uşaq dünyaya gətirməyə təşviq etmək üçün ikinci və üçüncü uşaqlara görə bir sıra sosial tədbirlər həyata keçirir. Bəzi əyalətlərdə yeni evlənənlərə 30 günə qədər ödənişli məzuniyyət verilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*