Çində sərnişin təyyarəsi yandı – Xəsarət alan varbackend

Çində sərnişin təyyarəsi yandı - Xəsarət alan var

“Tibet Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Çzyanbey” beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.

Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu dəqiqləşdirilib. Hadisə zamanı 40 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*