Çində yeni növ koronavirusa yoluxanların sayı 900 nəfərə çatdıbackend

Çində yeni növ koronavirusa yoluxanların sayı 900 nəfərə çatdı

Çində yeni növ koronavirusa yoluxanların sayının 900 nəfərə çatdığı təsdiqlənib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Pekində 36 nəfərə bu virusa yoluxması diaqnozu qoyulub.

Virusun yayılmasını diqqətdə saxlayan “Wanyi” informasiya portalının xəbərinə görə, əvvəlcə 877 nəfərin virusa yoluxduğu deyilirdi. Bu günə qədər 26 nəfər koronavirusdan ölüb.

Hazırda Tibet Muxtar Vilayəti istisna olmaqla, ölkənin bütün bölgələrində insanlar müayinədən keçirilir. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə Çinin 13 şəhərində nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Pekin (əhalisi 22 milyon), Şanxay (əhalisi 24 milyondan artıq), eyni zamanda Hubey əyalətində (əhalisi 59.2 milyon) yeni “koronavirus 2019-nCoV”nin qarşısının alınması istiqamətində ən yüksək səviyyədə müvafiq tədbirlər görülməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*