Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır – RƏSMİbackend

Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ

Çində aşkarlanan yeni koronavirusun artıq bir çox ölkələrdə də yayıldığı deyilir. Əlamətləri yüksək hərarət və öskürək olan bu virus sətəlcəmin yaranmasına səbəb olur. Artıq 41 nəfər virus səbəbindən dünyasını dəyişib.

Maraqlıdır, virusun yayıldığı ilkin məntəqədən, Çindən Azərbayacana birbaşa olaraq uçuş həyata keçirilirmi? Çindən gələn turistlər müayinə edilir?

KONKRET.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Çindən Azərbaycana birbaşa uçuşların olduğunu bildirib:

“Bəli, Çindən Azərbayacana birbaşa uçuş həyata keçirlir. Uçuşlar Çinin paytaxtı Pekin şəhərindən birbaşa olaraq Bakıya nəzərdə tutulub”.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Çindən gələn turistlərin tibbi yoxlanış prosesi üçün Gömrük Xidməti əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçdiyini deyir:

“Çindən Azərbaycana gələn turistlər bizim tərəfimizdən ilkin vizual müayinə edilir. Həmin turistlərin tibbi yoxlanış prosesi üçün gücləndirilmiş iş rejiminə keçilib. İnsan hərarətini uzaqdan ölçən xüsusi cihazların köməyi ilə çinli turistlər müayinə edilir. Eyni zamanda sanitariya qaydasına uyğun olaraq onlara ciddi nəzarət edilir. Hələ ki, Azərbaycana gələn heç bir çinli vətəndaşda viruus aşkarlanmayıb”.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*