Çingiz Abdullayev Azərbaycanı tərk etmək istəyir: “Bezmişəm“backend

Çingiz Abdullayev Azərbaycanı tərk etmək istəyir: "Bezmişəm"

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etməyə hazırlaşır. 

KONKRET.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkədə hesabında yazıb.

Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hücumlardan bezdiyini bildirib:

“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*