Çingiz Abdullayev: “Nizami də, Füzuli də qadağan olunmalıdır!” – QALMAQALbackend

Çingiz Abdullayev: “Nizami də, Füzuli də qadağan olunmalıdır!” - QALMAQAL

Azərbayacn Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev ana dilində yazmadığına görə ona irad tutanlara cavab verib.

KONKRET.az-ın məlumatına görə, Xalq yazıçısı deyib ki, bu məntiqlə yanaşanda onda Nizami, Füzuli kimi dahiləri də Azərbaycanda qadağan etmək lazımdır:

“Belə çıxır ki, yad dildə yazmış “özgə müəlliflər”in hamısının əsərlərinin ləğv etmək lazımdır. Nizamini (fars dilində yazıb) tamamilə yığışdırmaq, Fizulinin əsərlərini aradan götürmək (ərəb və fars dillərimdə yazdıqlarını, Azərbaycan dilində olanları saxlamaq olar) lazımdır, İsmayıl Bəy Qutqaşınlının da (fransız dilində yazırdı) əsərlərini həmçinin.

Rus dilində yazanlara da qadağa qoyaq: Çingiz Aytmatovu, Oljas Süleymanovu, Fazil İskəndəri, İmran Qasımovu, Maqsud və Rüstəm İbrahimbəyovları, Ramiz Fətəliyevi, Mənsur Vəkilovu və təbii ki, Çingiz Abdullayevi.

Hər ehtimala qarşı bütün rus dilində təhsil almışların – Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı, Nəbi Xəzri, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Qabil, Anar, Yusif və Vaqif Səmədoğlular, Ramiz Rövşən, Kamal Abdulla, Elçin Hüseynbəyli və daha 43 müəllifin kitablarına da qadağa qoymaq lazımdır”.

Yazıçı istehza ilə bildirib ki, vaxtilə Azərbaycan dilində yazmış Telman Çalyan və Aşot Saturyan kimi erməni müəlliflərə qadağa təcili olaraq götürülməli, onların əsərləri çap olunmalıdır.

“Əlbəttə, ölkənin və xalqın əsas dili – Azərbaycan dilidir. Əgər yazıçılarımız başqa dilləri bilirlərsə, bu, bizim ölkəmizin, mədəniyyətimizin palitrasını göstərir…

…Dövlət dilini bilmədən heç bir ölkədə yaşaya bilməzsən, bu, ümumiyyətlə, müzakirə olunmur. Amma demək ki, xarici dilləri bilmək vətənə xəyanətə bərabərdir və başqa dillərdə yazanlar bizim yazıçı deyil, bu, sadəcə olaraq axmaqlıqdır. Yalnız axmaqlar bilməyə borclu olduqları ana dilinin əleyhinə danışa bilər!”, – Ç.Abdullayev deyib.

  • Bəhruz
    Sentyabr 8, 2023 - 21:27

    Çingiz müəllim, heç kim sizdən xarici dildə yazmamaqi tələb etmir,sizdən tələb odur ki, Azərbaycan dilini öyrənin,,bu dövlətdə yaşayırsınızsa deməli onun dilini də bilməlisiniz,azərbaycanca əsərlər yazsanız bu daha da gözəl olar.

    • Fidan
      Sentyabr 9, 2023 - 10:39

      Çingiz Abdullayev Azərbaycan dilində çox səlis və qrammatik düzgün danışır , ona aid deyil bu söz

  • Araz
    Sentyabr 9, 2023 - 13:43

    Çingiz Abdullayev dünyada tanınan yazıçıdır. Azərbaycan adına hörmətdən başqa bir şey gətirməyib. Azərbaycanın haqlı mövqeyini yüksək tribunalardan müdafiə edib. Azərbaycan dilindədə çox gözəl bilir. Sadəcə danışıq dilində səhvlər var. Buna görə ona ləkə vurmağın heç yeri yoxdur. Belə çıxır ki, heç kəs öz ləhcəsində danışmasın, dil qüsuru olanlar ölkəni tərk etsin?

  • Tehran
    Sentyabr 9, 2023 - 19:38

    Çingiz müəllim zəhmət olmasa gedin Azərbaycanca yaxşı danismaqi öyrənin sonra çıxın efirlərə

  • Zaur
    Sentyabr 10, 2023 - 13:58

    Çingiz muəllim məncə doğru seçim etmisiz çıxın gedin bu ölkədən,bizimdə canımız qurtarsın sizində

  • İlham
    Sentyabr 11, 2023 - 20:56

    Çingiz müəllim, Siz Ağdam və Baki camaatının fəxrisiniz. Sizə qarşı sifarışlə və komandaya uyğun hürənlərə fikir verməyin. Ömər Xəyyam demişkən: Üstünüzə it hürürsə, siz də ona “itil” deyirsiniz, daha onun kimi etmirsiniz ki…
    Vaxt, gələcək, Sizin üstünüzə hürənlər, yal üçün qabağınızda quyruq bulayacaqlar, İnşaAllah.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*