Çinin bu şəhərində hərbi vəziyyət tətbiq edildibackend

Çinin bu şəhərində hərbi vəziyyət tətbiq edildi

Çinin şimalında yerləşən və 15 milyon əhalisi olan Tianjin şəhərində ölümcül koronavirus səbəbindən hərbi vəziyyət tətbiq edilib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Global Times” nəşri yayıb. Epidemiya dövründə xəstəxanalar və 500 nəfərlik tibbi briqada hərbi idarəetməyə tabe edilib. Qeyd edək ki, bu, belə bir addım atan ilk Çin şəhəridir. Tianjin Pekindən təxminən 120 km cənub-şərqdə yerləşir. Son məlumatlara görə, Çində koronavirusun qurbanı 106 nəfər olub, 4500-dən çox insan bu virusa yoluxub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*