İranın Zəngəzur dəhlizinin açılacağı təlaşıyla bəhanələrlə Azərbaycan sərhəddində hərbi təlim keçirməsi fonunda Azərbaycanın Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib və Müdafiə naziri general-polkovnik Zakir Həsənov müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət təhlil edilib və tapşırıqlar verib. Rəsmi olaraq belə məlumat verilsə də, görünən odur ki, Zəngəzur dəhlizinə görə, İranın canfəşanlıq etdiyi bir vaxtda Laçın dəhlizini bir müddət ermənilər üçün bağlamaqla çox asan bir şəkildə Zəngəzur dəhlizini ermənilərə sakitcə açdırmaq olar və tapşırıqların içində buna hazırlıq hər halda var.
Belə bir addımın yaxın zamanlarda Rusiya ilə razılaşdırılaraq atılacağı gözləniləndir. Əgər bu baş verərsə, İranın canfəşanlığı boşa gedəcək və alçalmış bir vəziyyətdə öz hərbiçilərin Azərbaycan sərhəddindən biabır olub geri çəkəcəkdir.
Siyasətdə emosyalar və canfəşanlıqlar heçnə həll etmir. Siyasətdə düşünülmüş və dəqiq hesablanmış gedişlər həlledicidir. Görünür, İranı idarə edənlər 10 noyabr 2020-ci il razılaşmasını yaxşı oxumayıblar. Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur.
Görək Ermənistan özü Zəngəzur dəhlizini açandan sonra, qardaşı İran buna nə deyəcək? /Faktlarla TQ

Qarabağ ermənilərinin yox, bütün ermənistanın canı və Qarabağ üzərində idarəetməmizin bərpası Laçın dəhlizindədir