CNN: ABŞ Yəməndə terror qruplaşmasına zərbə endiribbackend

CNN: ABŞ Yəməndə terror qruplaşmasına zərbə endirib

ABŞ Silahlı Qüvvələri Yəməndə “Əl-Qaidə” terror qruplaşmasına zərbə endirib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı CNN televiziyası yayıb.

Hücumun məqsədi “Əl-Qaidə” qruplaşmasının lideri Qasim əl-Raymi olub. Hazırda onun zərbə nəticəsində ləğv edilib-edilmədiyi məlum deyil.

ABŞ hökuməti bu məlumatları aydınlaşdırmaq üçün sosial şəbəkələrin və messencerlərin monitorinqini aparır.

“Əl-Qaidə Ərəbistan yarımadasında” qruplaşması dəfələrlə ABŞ-ın mövqeyinə hücum etmək niyyətində olduğunu bəyan edib.

“Əl-Qaidə” Rusiya Federasiyası və bir sıra dövlətlərin ərazisində qadağan olunmuş beynəlxalq terror təşkilatıdır.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*