Conson Odessanın fəxri vətəndaşı statusunu aldıbackend

Conson Odessanın fəxri vətəndaşı statusunu aldı

Böyük Britaniyanın baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub. O, Qriqori Marazlı adına I, II, III dərəcəli “Şərəf nişanı” fəxri nişanları ilə təltif edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Odessa meri Gennadi Truxanov məlumat yayıb.

“Biz Britaniyanın, onun baş nazirinin köməyini çox yüksək qiymətləndiririk. Ona görə də mən Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı fəxri nişanları ilə təltif edilməsi haqqında sərəncam imzaladım”, – deyə Truxanov bildirib.

Beləliklə, Conson avtomatik olaraq Odessanın fəxri vətəndaşı statusunu qazanıb.
Merin sözlərinə görə, Ukraynanın əsas müttəfiqi və dostu Böyük Britaniyadır.

“Əgər bütün dünya birliyi Britaniya xalqı ilə eyni mövqedən çıxış etsəydi, biz çoxdan qalib gələrdik”, – Truxanov vurğulayıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*