Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdibackend

Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

Böyük Britaniyanın səlahiyyət müddəti başa çatmaqda olan baş naziri Boris Conson Uinston Çörçill adına beynəlxalq mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib.

KONKRET.az xəbər verir ki, rəsmi mərasim çərşənbə axşamı Consonun Dauninq küçəsindəki iqamətgahında keçirilib.

Britaniya hökuməti başçısı ofisinin yaydığı xəbərə görə, Zelenski tədbirdə videobağlantı vasitəsilə iştirak edib.

Qeyd edək ki, sözügedən mükafat müharibə dövründə liderlik keyfiyyətləri nümayiş etdirən şəxslərə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*