COVID-19-a yoluxan şagird və müəllimlərin sayı açıqlandı – RƏSMİbackend

COVID-19-a yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ

“Oktyabrın 15-dək 546 şagird və 186 müəllimdə koronavirus infeksiyasına yoluxma qeydə alınıb”.

KONKRET.az xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, indiyədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma qeydə alınmayıb:

“Ümumilikdə yoluxma ilə bağlı 85 sinif bağlanmışdı. Onlardan 20-də tədris bərpa olunub. Hazırda yoluxma qeydə alınan 65 sinif bağlıdır.

Müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı 48 məktəb bağlanıb. Onlardan da biri – Qubanın Qamqam kəndindəki məktəb artıq açılıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*