“COVID-19-a yoluxan uşaqlarda yeni sindrom yarana bilər” – Valideynlərin DİQQƏTİNƏ!backend

"COVID-19-a yoluxan uşaqlarda yeni sindrom yarana bilər" - Valideynlərin DİQQƏTİNƏ!

“Pandemiya dövründə tədrisin necə təşkil olunması ilə bağlı Səhiyyə Nazirliyinin qaydaları var”.

KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, valideynlər hər gün övladları ilə söhbət etməlidirlər:

“Övladının səhhətində problem olan valideyn onu məktəbə göndərməməlidir. Delta ştamının sürətlə yayıldığını nəzərə alaraq, ailədaxili yoluxma halları müşahidə oluna bilər. Odur ki, valideyn evdə övladının bədən hərarətini mütəmadi yoxlamalıdır”.

T.Eyvazov xatırladıb ki, bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra yeni sindrom yarana bilər: “Yoluxma halları uşaqlar arasında adətən ağırlaşmaya səbəb olmur. Məktəblərin açılması kütləviliyin olması deməkdir. Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*