Dünyada koronavirusa yoluxanların sayı 3 003 352-yə çatıb.
KONKRET.az xəbər verir ki, ümumilikdə 210 ölkədə yayılan epidemiya nəticəsində 207 095 nəfər vəfat edib.
882 573 nəfər isə xəstəlikdən sağalıb.
ABŞ COVID-19-a yoluxma ( 987 322 nəfər) və ölüm (55 415 nəfər) sayına görə ilk yerdədir. Onun ardınca İspaniya (226 629), İtaliya (197 675), Fransa (162 100), Almaniya (157 770) və Böyük Britaniya (152 840) gəlir.
