COVID-19-dan müalicə alan Bəhram xəstəxanadan paylaşım etdi – FOTObackend

COVID-19-dan müalicə alan Bəhram xəstəxanadan paylaşım etdi - FOTO

Koronavirusdan müalicə alan Bəhram Bağırzadə “Instagram” hesabında paylaşım edib.

KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:

“Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*