COVID-19-dan sağalanlar immunitet sertifikatını necə alacaq? – RƏSMİbackend

COVID-19-dan sağalanlar immunitet sertifikatını necə alacaq? - RƏSMİ

“COVID-19 testi neqativ KT və rentgen müayinəsinin nəticəsinə görə isə virusa yoluxmuş şəxslər sertifikat əldə etmək istəyirlərsə, xəstəlikdən sağaldıqdan sonra peyvənd olunmalıdırlar”.

KONKRET.az verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva COVID-19 testi neqativ KT və rentgen müayinəsinin nəticəsinə görə virusa yoluxan şəxslərin nə etməli olduqlarına dair sualı cavablandırarkən deyib.

O bildirib ki, bu şəxslər xəstəliyin aktiv dövrünü keçirdikdən sonra mütləq peyvənd olunmalıdırlar:

“Nəzərə almaq lazımdır ki, test cavabı neqativdir. Odur ki, müayinə nəticələri onların sertifikat əldə etmələri üçün kifayət etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*