Dünyada koronavirusa yoluxanların sayı 12 630 872 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, virusdan 562 888 nəfər ölüb, 7 366 488 xəstə sağalıb.
Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 858 268), ölkə isə ABŞ-dır (3 291 786 nəfər).
Rusiya yoluxma sayına görə dünya ölkələrinin sıralamasında dördüncü yerdə qərarlaşıb.
RF-də koronavirusa yoluxan 713 936 nəfərin 11 017-si ölüb.
İranda 252 720, Türkiyədə 210 965, Ermənistanda 30 903, Gürcüstanda 973 yoluxma müşahidə edilir.
Azərbaycanda koronavirus 22 990 nəfərdə aşkarlanıb.
Virusa yoluxanlardan 292 nəfəri həyatını itirib, 14 093 xəstə sağalıb.