Çoxarvadlılığa görə cəza aldıbackend

Çoxarvadlılığa görə cəza aldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Səmərqənd vilayətinin Taylyakski rayon sakini Xayrullo Qurbanovun işinə rayon cinayət məhkəməsi baxıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, kişi məhkəməyə çoxarvadlılıq ittihamı ilə çıxıb.

Qeyd edək ki, Xayrullo Qurbanov 11 il əvvəl Urgut bölgəsinin vətəndaşı ilə qanuni nikah bağlayıb. Ancaq bir müddət sonra Taylyak rayonunun sakini olan başqa bir qadınla dini nikaha girib.

Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinə (“Çoxarvadlılıq”) görə, məhkəmə əmək haqqının 20 faizini dövlət xeyrinə çıxmaqla bir il altı ay müddətinə azadlığını məhdudlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*