“Crocus City Hall” Rusiya mediasının iftiralarına CAVAB VERDİbackend

“Crocus City Hall” Rusiya mediasının iftiralarına CAVAB VERDİ

“Crocus City Hall”un tikintisində istifadə olunan materiallar bütün keyfiyyət standartlarına cavab verib”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Crocus Group” holdinqinin mətbuat xidmətindən bildirilib.

Holdinqdən bildirilib ki, istintaqa müvafiq sənədlər təqdim edilib və “Crocus City Hall” binasının yanğına davamlılığının yoxlanılması ilə bağlı bütün məsələlərlə İstintaq Komitəsi məşğul olur.

“Crocus Group”un hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb.

Qeyd edək ki, bu gün Rusiya mediası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən konsert zalının divarlarının yanğın zamanı zəhərli tüstü yayan materiallardan istifadə olunmaqla bəzədilməsi ilə bağlı xəbər yaymışdı.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*