Elazığın Sivrice bölgəsində baş verən 6.8 ballıq zəlzələdə dağıntılar altından çıxarılan Azize Çelik və ailəsinin xəstəxanada müalicəsi davam edir.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azize Çelikin həyat yoldaşı Cengiz Çelik o anları belə xatırlayır: “Səhər namazı ilə telefonun səsini eşidəndə arvadım telefona yaxın olduğunu hiss etdi və tapdı. Bizim telefonlarımızın şarjı bitmişdi, həyat yoldaşım 112 ilə əlaqə qurdu”. Azize-Cengiz Çelik cütlüyü və övladları Feti Ahmet və Muhammed Faruk zəlzələdə dağıntılar altında qalmışdılar. 17 saat dağıntılar altında qalan Azize Çelik təcili tibbi yardımın işçisi Emine Kuştepe ilə telefonla əlaqə saxlayıb. Danışıqlardan sonra 4 nəfərlik ailə dağıntıdan çıxarılaraq xəstəxanaya aparılıb. Çelik ailəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu deyilir.
“Yataq otağı yoldaşımın üzərinə aşdı”
Azize Çelikin həyat yoldaşı Cengiz Çelik xəstəxanadakı DHA müxbirinə zəlzələ zamanı sarsıntı keçirdiklərini və qaçmağa çalışdıqlarını, ancaq qapı kilidləndiyini söyləyib: “Qapını aça bilməyəndə 2 oğlumla qonaq otağında qaldım. Həyat yoldaşım aşağıda qaldı. Təxminən bir dəqiqədən sonra bina dağıldı. Yataq otağına gedəndə divarların partladığını gördüm. Zala adlamağı düşündük. O zaman bina uçdu. Ancaq yaxın idik, tez-tez bir-birimizlə danışırdıq. 2 oğlum yanımda idi. Balaca oğlumun qolu söküntü altında idi, ona kömək etdik, qolunu çıxardıq. Ancaq böyük oğlumun qolu ilişdi, götürə bilmədik. Sonra süründüm və arvadımın yanına getməyə çalışdım. Onun yeri bizdən aşağıda idi. Buna görə ona çata bilmədik. Uşaqlarım əvvəlcə 112 ilə əlaqə saxladılar. Ancaq bir müddət sonra onların şarjı başa çatdı. Sonra həyat yoldaşım 112 ilə əlaqə saxladı. Bizə təsəlli verdilər. Səbirlə gözlədik ki, bizi xilas edəcəklər. Allah onları qorusun, bizi xilas etdilər. Arvadımın vəziyyəti çox yaxşıdır, şükürlər olsun”.
“Bina üstümüzə çökdü”
Ailənin böyük oğlu Muhammed Faruk Çelik zəlzələni hiss etdikləri zaman qaçmağa çalışdıqlarını deyib: “Bina dərhal çökdü. İçəridə saatlarla gözlədik. Bizi xilas edənlərə Allah razı olsun”. Ailənin ən kiçik oğlu Feti Ahmet Çelik ailəsi ilə zəlzələ baş verən zaman salonda olduqlarını bildirib: “Çölə çıxa bilmədik. Balkona doğru qaçdıq. Qonaq otağına gələndə bina üstümüzə çökdü. Daşlar qoluma düşdü. Atamın köməyi ilə onları çıxartdıq. Atam sonra qardaşımın yanına getdi. Oradakı oksigen 3 saatlıq idi. Biz möhkəm dayandıq və uzun müddətdən sonra çıxdıq, şükürlər olsun. İndi hamımız yaxşıyıq, bizə kömək edənlərə çox təşəkkür edirəm”.
KONKRET.az
