Dağıstanda məmur iş başında QƏTLƏ YETİRİLDİ – VİDEObackend

Dağıstanda məmur iş başında QƏTLƏ YETİRİLDİ - VİDEO

Dağıstanda Dərbənd rayonunun Rubas kəndinin başçısı güllələnib.

KONKRET.az xəbər verir ki, Hacıkurban Bayrambəyov inzibati binanın çıxışında öldürülüb.

Dağıstan kəndinin başçısını qətlə yetirməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Qatil özü polisə təslim olub və qətlin səbəbinin torpaq məsələsi olduğunu bildirib.

Kənd rəhbərliyi bu yaxınlarda qətldə şübhəli bilinən Sadik Səidovu torpaq sahəsinə görə məhkəməyə verib. O, Bayrambəyova qarşı kin besləyib və bu yolla qisas alıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*