backend

"Dağlıq Qarabağda statusla bağlı heç bir referendum keçirilməyəcək" - Paşinyan

“Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil”.

KONKRET.az xəbər verir ki, bunu Paşinyan parlamentin bugünkü iclasında deyib. O bildirib: “Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil. Bundan əlavə, danışıqlar prosesi zamanı Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçiriləcəyi yer müəyyən edilməyib”.

Baş nazirin sözlərinə görə, Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, “Dağlıq Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur. “Bunu kim deyib? Yekun status müəyyən yekun status deməkdir”, – deyə Paşinyan qeyd edib.

“Mən artıq referendum institutu və onun tələlərindən danışmışam. Məsələn, danışıqlar prosesində Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu.

Mən onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Dağlıq Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb.
Başa düşürsüz? Bu referendumun keçiriləcəyi ərazi müəyyən edilməyib. Burada çox incəliklər var”, – deyə Paşinyan izah edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*