ABŞ səfiri Ermənistan baş nazirinin müavini ilə görüşdə Qarabağ məsələsinin həll olunmadığını bəyan edib.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bazar ertəsi Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyan və ABŞ səfiri Lin Treysi arasında görüş keçirilib. Görüşdə Amerika diplomatik missiyasının rəhbəri bildirib ki, Qarabağın statusu məsələsi həll olunmayıb.
Daha sonra səfir tərəflərin danışıqları davam etdirməli olduqlarını deyib.
“Qarabağ münaqişəsinin yekun və hərtərəfli həlli ATƏT-in Minsk qrupunun himayəsi altındadır”, – deyə Lin Treysi bildirib.
Azərbaycan Qarabağ məsələsini artıq həll edib, ermənilər isə hələ də xəyallarından əl çəkmirlər.
Xuraman Etibarlı,
KONKRET.az
