Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində “Gələcək Azərbaycan”, “Müsavat”, “Azad Vətən”, “Vəhdət” və “Ədalət” partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
KONKRET.az xəbər verir ki , MSK katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
