Daha bir icra başçısı müavinini vəzifədən azad etdi backend

Daha bir icra başçısı müavinini vəzifədən azad etdi 

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*