Daha bir icra başçısının həbs XƏBƏRİ YAYILDI – FOTObackend

Daha bir icra başçısının həbs XƏBƏRİ YAYILDI - FOTO

Sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının Nərimanov rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirməsi ilə bağlı məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, yayılan məlumatlar arasında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həbs edilməsi ilə bağlı informasiyalar da var.

Xəbərlərdə o da bildirilir ki, rayonun icra başçısı və İH-nin yüksək səlahiyyətli vəzifəliləri sorğuya cəlb olunublar. Şahidlər iddia edirlər ki, onlar İcra Hakimiyyəti binasından çıxarılaraq bilinməyən istiqamətə aparılıblar.

Qeyd edək ki, yayılan xəbərlərə hələlik rəsmi münasibət bildirilməyib.

Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*