“British Airways” (Britaniya Hava Yolları) Çinə olan uçuşları dayandırıb.
KONKRET.AZ “Sky New”a istinadla xəbər verir ki, “Heathrow” hava limanından Şanxay və Pekinə gündəlik uçuşlar həyata keçirən aviaşirkət Xarici İşlər Nazirliyinin Çinə səyahətlə bağlı yaydığı xəbərdarlıqdan sonra mart ayına qədər uçuşları dayandırıb.
Britaniya Xarici İşlər Nazirliyi virusun yayıldığı Hubei əyalətindəki Britaniya vətəndaşlarını evakuasiya etmək üçün isə yanvarın 30-u üçün uçuş planlaşdırılır.
