backend

Daha bir ölkədə ZƏLZƏLƏ

Perida 5,4 bal gücündə zəlzələ olub.

KONKRET.az xəbər verir ki, Peru Geofizika İnstitutunun məlumatına görə, episentri Huaral şəhərində olan zəlzələ yerin 57 kilometr dərinliyində baş verib.

Peru səlahiyyətliləri tərəfindən edilən açıqlamada itki və tələfatın olmadığı bildirilib.

Dünyada ən çox seysmik fəallığa malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Qeyd edək ki, 15 avqust 2007-ci ildə Peruda baş verən 7,9 bal gücündə zəlzələdə 595 nəfər həyatını itirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*