Daha bir ukraynalı deputat SAXLANILDIbackend

Daha bir ukraynalı deputat SAXLANILDI

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları “Müxalifət platforması – ömürlük” fraksiyasına rəhbərlik edən,  eyni zamanda Çerkassı Şəhər Şurasının deputatını saxlayıblar. 

KONKRET.az xəbər verir ki,  bu barədə SBU (Ukrayna Təhlükəsizlik Xidməti – red.) məlumat yayıb.

Bildirilir ki, şəxs Rusiyaya müharibədə yardım edirmiş. Belə ki, o,  Rusiyanın Ukraynaya hücumuna haqq qazandırıb və rusun bölgəni ələ keçirməsinə şərait yaradıb. Ruslar bunu qarşılığında ona Çerkassı vilayətinin administrasiyasına rəhbərlik etməyi təklif edib.

Hazırda deputat barəsində cinayət işi açılıb. Araşdırmalar aparılır.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*