“Daha dağıdıcı ola bilər” – ÜST-dən qorxudan AÇIQLAMAbackend

"Daha dağıdıcı ola bilər" - ÜST-dən qorxudan AÇIQLAMA

Koronavirus infeksiyasının ikinci dalğası qaçılmaz deyil, preventiv tədbirlər qəbul etməklə bundan yan keçmək mümkündür.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge videokonfrans zamanı deyib.

O bildirib ki, daha çox ölkə pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri götürməyə başlayıb və bu, ikinci dalğa təhlükəsini yaradır:

“Zəruri tədbirlər görülməsə, ikinci dalğa başlaya bilər və bu, daha dağıdıcı ola bilər. Amma yaxşı xəbər odur ki, biz birinci dalğa zamanı çox şey öyrəndik. İkinci dalğa yaransa, biz daha çox hazır olacağıq”.

H.Klüge bildirib ki, məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmaq və vəziyyəti daim nəzarətdə saxlamaq tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*