Dalay-lama buddistlərə Çində yayılmış yeni koronavirusə qarşı necə mübarizə aparmağın yollarını izah edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi “Tibeti saxlayaq” Fonduna istinadən yayıb.
Onun sözlərinə görə, xəstəliyə qarşı mübarizə aparmaq üçün Tara mantrasını (söz və səslərin müəyyən bir ardıcıl dəsti) oxumaq lazımdır.
“Əlahəzrət özünün səs yazısını paylaşdı… bu mantranın oxunmasını və mümkün qədər tez-tez tələffüz etməyi məsləhət gördü”, – Fonddan bildiriblər.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür. Son məlumatlara görə, Çində 11 mindən çox insan yeni tip koronavirusa yoluxub. İndiyədək 259 nəfər ölüb, 245 nəfər isə müalicə olunur.
Babək Göyüş
KONKRET.az
