David Tonoyan və Ancey Kasprşik Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdilərbackend

David Tonoyan və Ancey Kasprşik Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdilər

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kasprşiki qəbul edib.

KONKRET.az yerli mediaya istinadən bildirir ki, tərəflər Qarabağ münaqişəsinin həlli prosesini, “Qarabağ” və Azərbaycan silahlı qüvvələri arasındakı təmas xəttindəki, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər humanitar xarakter daşıyan addımlar barədə fikir mübadiləsi aparıblar, həmçinin ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qqırmızı Xaç Komitəsinin həmsədrlərinin birgə səylərinin zəruriliyini vurğulayıblar. David Tonoyan və Ancey Kasprşik təmas xəttində və sərhəddə etimad yaratmaq mexanizmlərinin tətbiqinin vacibliyini bir daha qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*