Gürcüstanın xarici işlər naziri David Zalkaliani istefa verib.
KONKRET.az bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Baş naziri İrakli Qaribaşvili Zalkalianiyə yeni vəzifə verildiyini bildirib. David Zalkaliani bundan sonra Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsini icra edəcək.
Gürcüstanın xarici işlər naziri vəzifəsi isə İliya Darçiaşviliyə tapşırılıb.
Vəsilə İbrahim,
KONKRET.az
