Davudoğludan etirazçılara: “Onlara qulaq asmayın, tələyə düşməyin”backend

Davudoğludan etirazçılara: “Onlara qulaq asmayın, tələyə düşməyin

Türkiyənin sabiq baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu lirənin kəskin ucuzlaşmasına etiraz olaraq, küçələrə çıxanlara reaksiya verib.

KONKRET.az xəbər verir ki, o, bu məsələnin küçədə yox, seçkilərdə həll edilməli olduğunu deyib.

“Bu iş küçədə yox, qutuda həll olunur. Sizi küçəyə çağıranlara qulaq asmayın, tələyə düşməyin. Seçki ilə gələn seçki ilə də gedəcək”, – Davudoğlu bildirib.

Dünən Ankara, İstanbul, İzmir, Kocaəli və Əskişəhirdə insanlar gün boyu məzənnə artımına etiraz olaraq küçələrə çıxıb./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*