“Dəli Tramp, ABŞ və İsrail qara günlərlə üzləşəcək” — Süleymaninin qızıbackend

“Dəli Tramp, ABŞ və İsrail qara günlərlə üzləşəcək” — Süleymaninin qızı

ABŞ-ın öldürdüyü İran generalı Qasın Süleymaninin qızı Zeynəb atasının dəfn mərasimində ABŞ və İsrailə səslənib.

KONKRET.AZ İran KİV-nə istinadən xəbər verir ki, o, atasının ölümü ilə hər şeyin bitməyəcəyini deyib.

“Dəli Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitəcək”– deyə o dəfndə çıxış edib. O, ABŞ və İsrailin buna görə qara günlərlə üzləşəcəyinə əmin olduğunu əlavə edib.

Ali dini lider Ayətullah Xameneyinin başçılığı altında Süleymaninin dəfn mərasimi yanvarın 6-sı səhər Tehran Universitetində başlayıb.

Vida mərasiminə prezident Həsən Ruhani, parlament sədri, nazirlər və hərbi komandanlıq təşrif buyurub.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*