“Demarkasiya prosesi lazımi vaxtda məxfilikdən çıxarılacaq” – Koçaryanbackend

"Demarkasiya prosesi lazımi vaxtda məxfilikdən çıxarılacaq" - Koçaryan

“Demarkasiya prosesi nə vaxtsa məxfilikdən çıxarılacaq”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Respublika Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan bildirib.

“Əgər rəsmi Moskvanın demarkasiya və delimitasiya ilə bağlı təklifləri Ermənistanın baş naziri üçün məqbuldursa, deməli, bizim maraqlarımıza uyğundur.
1920-ci illərin kartları bizə danışıqlar aparmağa və gözləntilər yaratmağa imkan verən hüquqi çərçivəyə malikdir”.

Danışıqlar prosesinin gizliliyi müvəqqəti xarakter daşıyır, bu, diplomatik proseslərin məxfilik rejimi ilə bağlıdır.

“Müəyyən vaxtdan sonra heç nə sirr olaraq qalmayacaq, lakin bu məqama çatma prosesində çox şey məxfiləşdiriləcək, prosedur belədir”, – deyə Koçaryan bildirib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*