Demokratiyadan Milli İdarəçilik Modelinə keçid təmin olunmalıdır – ƏTRAFLIbackend

Demokratiyadan Milli İdarəçilik Modelinə keçid təmin olunmalıdır - ƏTRAFLI

Demokratiyadan Milli İdarəçilik Modelinə keçid təmin olunmalıdır.
Hər kəsin səsvermə hüququ olmamalıdır. Heç şübhəsiz, əgər parlament seçkilərində bir işıqlı alimlə “X” adlı faydasız bir müğənni rəqib olsa, xalq müğənnini seçəcək. Müğənninin səsi saxtalaşdırılıb alimə verilsə, o zaman seçki olacaq qanunsuz. Elədirmi?
Bəs belə olacağı təqdirdə, müğənniyə səs verən kütlə öz səsini qoruya biləcəkmi? Xeyr! Çünki həmin müğənini seçə biləcək kütlənin siyasi və aydın iradəsi yoxdur. Səsvermə hüququ yalnız və yalnız öz səsini qorumaq iqtidarında olan şəxslərə – təbəqəyə verilməlidir.
Hansısa layiqsiz adamı deputat, prezident və s. seçə biləcək potensial kütlə dövlətin sosial dayaqlarından daha çox yararlansa, daha çox fayda götürmüş olarıq. Təbii, bu, bir günün işi deyil, detalları işlənib hazırlanmalıdır. Əgər Milli İdarəçilik Modelinə keçid üçün uzunmüddətli strategiya müəyyənləşdirilsə, bir neçə il sonra kənardan hansısa modeli ölkəmizə idxal etməyəcəyik.
Müxalifət demokratiyanın olmadığını deyir, iqtidar demokratiyanın mövcudluğunu isbat edir. Belə olan halda yeganə çıxış yolu budur: qanunlar işləsin və ədalət bərpa olunsun! Belə olacağı təqdirdə demokratiyanın nə olduğunu heç kəs müzakirə belə etməyəcək. İnsanlara ədalət və sosial rifah lazımdır. Demokratiya uğrunda yox, qanunların, ədalətin bərpası uğrunda çalışmaq lazımdır.
– 11 illik təhsil sistemi ləğv edilməli, orta məktəblərdə 10 illik, ali məktəblərdə 3 illik təhsil sistemi qurulmalı;
– Kimsəsiz uşaq evlərində böyüyən uşaqlar 18 yaşı tamam olan kimi küçəyə atılmamalıdır.
Küçəyə atılan bu uşaqların böyük hissəsi ya narkomaniyaya qurşanır, ya oğurluq edib həbsxanaya yollanır. Hazırda bu uşaqlar metroların qarşısında dilənməklə məşğuldurlar.
Artıq həbsxanalarda məhbusların az qala yarısı narkotik maddələrə görə həbs edilən şəxslərdir. Ailəsi olmayan bu uşaqlar müəyyən yaşdan sonra xüsusi təyinatlı Ordu birləşmələrinə cəlb edilməli, ölkədə “A”, “B”, “C” və s. (şərti olaraq) kateqoriyalı müxtəlif hərbi birləşmələr (məxfi, açıq) yaradılmalıdır. Onlara dövlət tərbiyəsi verilməli, bütün mövcudluqları buna hesablanmalıdır.
Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*