Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
KDR hökumətinin sözçüsü bildirib ki, xəstəlik artıq daha geniş ərazilərə yayılıb. Yeni yoluxma halları İturi vilayətinin Nyakunde, Şimali Kivunun Butembo bölgələrində və Qoma şəhərində aşkarlanıb.
Mütəxəssislər virusun sürətlə yayılması ilə bağlı narahatlığın artdığını bildirirlər.
ABŞ-dan olan bir həkimin də KDR-də təsdiqlənmiş yoluxanlar arasında olduğu açıqlanıb. Bu məlumatı onun çalışdığı tibbi missioner qrupu və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) təsdiqləyib.
CDC-nin məlumatına görə, Uqandada iki təsdiqlənmiş yoluxma və bir ölüm halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda yayılan Bundibugyo variantlı Ebola ştamı ilə bağlı epidemiyanı beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edib.
Müşviq Tofiqoğlu
KONKRET.az