Dənizi hasarlayanlar kimlərdir? — Deputat günahı icra hakimiyyətlərində görür…backend

Dənizi hasarlayanlar kimlərdir? — Deputat günahı icra hakimiyyətlərində görür...

Deputat: “Çimərliklərin hasarlanması qanunla qadağandır”

Azərbaycanda çimərlik mövsümü başlasa da, ancaq Xəzər dənizinin sahilboyu kilometrlərlə uzanan çimərlik əraziləri vətəndşların üzünə bağlanıb. Abşeron yarımadasındakı bir çox çimərlik ərazilər ayrı-ayrı imkanlı şəxslər tərəfindən hasarlandığı üçün insanlar dənizdən məhrum olublar.

Bəs dənizi hasarlayanlar kimlərdir? 

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə çimərliklərin bağlanmasının qanuni şəkildə qadağan olduğunu xatırladıb:

“İstənilən halda, çimərliklərin, yolların, əhalinin istifadəsi və istirahəti üçün nəzərdə tutulan məkanların bağlanması qanunla qadağandır. Bununla bağlı istisna hal mövcud deyil. Çimərliklər insanların istirahəti üçündür, bağlanması ilə bağlı konkret səbəb ola bilməz”.

Deputat sözügedən məsələ ilə bağlı ərazilərə nəzarətin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olduğunu bildirib:

“Bu, həmin çimərliyin yerləşdiyi rayonun icra hakimiyyətinin səlahiyyətində olan məsələdir. Müvafiq qurum məsələ ilə maraqlanmalı, araşdırmalı və həll etməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*