Deputatın avtomobillərlə bağlı təklifi Sahibə Qafarovanı ƏSƏBİLƏŞDİRDİ – YENİLƏNİBbackend

Deputatın avtomobillərlə bağlı təklifi Sahibə Qafarovanı ƏSƏBİLƏŞDİRDİ - YENİLƏNİB

 17:12

“Deputat Tahir Kərimli Milli Məclisin avtoparkındakı avtomobilərin yenisi ilə əvəz edilməsini təklif edib”.

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Yeni avtomobillərin alınması ilə bağlı 500 min manat ayrılması üçün sizdən kömək göstərməyinizi xahiş edirəm”, – o bildirib.

***

Deputat Tahir Kərimli Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub. 

Spiker həmkarının çıxışına sərt reaksiya verib: “Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə də mən əsəbləşdim. Məcburi köçkünləri Qarabağa yerləşdirəndən sonra danışarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*