“Dərhal!” – Mir Şahin Tofiq Yaqublunu aclığı dayandırmağa ÇAĞIRDIbackend

"Dərhal!" - Mir Şahin Tofiq Yaqublunu aclığı dayandırmağa ÇAĞIRDI

Real TV-nin rəhbəri Mir Şahin Ağayev Tofiq Yaqublunu aclığı dərhal dayandırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Real TV rəhbəri özünün sosial media hesabında paylaşım edib:

“Mən Tofiq Yaqublunu aclığı dərhal dayandırmağa, dövlətə şantaj yolu ilə təzyiq göstərən avantürist güruhun yedəyində getməməyə çağırıram! Heç bir şərt irəli sürmədən! Dərhal! Onun ailəsi, yaxınları və həmfikirlərindən də Tofiq Yaqubluya təsir göstərməyi, səhhətinə qarşı həyata keçirdiyi tədrici intihar aktını təcili dayandırmaq üçün iradə nümayiş etdirməyi tələb edirəm. Əks təqdirdə məsuliyyət Tofiq Yaqublunu bu yola həvəsləndirərək təhrik edən, aclıq aksiyasının yeganə düzgün yol olduğunu təbliğ və təlqin edən qüvvələrin üzərinə düşür!”.

Qeyd edək ki, həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu artıq 16 gündür aclıq aksiyasını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*