Kemeron Navalnının ölümünə görə tədbirlər görəcəkbackend

Kemeron Navalnının ölümünə görə tədbirlər görəcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin Navalnının Rusiya məhbəsində ölməsindən sonra “tədbirlər görəcəyini” bəyan edib.

KONKRET.az Britaniya mediasına istinadən xəbər verir ki, nazir bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. Kemeron qeyd edib ki, 2021-ci ildən siyasi motivli ittihamlar üzrə Rusiya əsarətində saxlanılan siyasi fəalın ölümü ilə bağlı “nəticələr olmalıdır”.

“Bu cür dəhşətli insan haqları pozuntuları baş verdikdə, biz məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və görə biləcəyimiz fərdi tədbirlər və addımların olub-olmamasına baxırıq”, – deyə nazir diqqətə çatdırıb.

O, əlavə edib ki, G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək və onları da tədbir görməyə çağıracaq.

XATİRƏ SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*