Diaspor rəhbəri Şirvan Kərimov “Şərəf nişanı”na layiq görüldü – FOTObackend

Diaspor rəhbəri Şirvan Kərimov “Şərəf nişanı”na layiq görüldü - FOTO

Samara Quberniya Dumasının sədri Gennadi Kotelnikov bir sıra şəxsi yerli idarəetmə orqanları ilə müştərək və səmərli fəaliyyətinə görə vilayət parlamentinin “Qanuna xidmətə görə” mükafatına layiq görüb. 

KONKRET.az xəbər verir ki, “Qanuna xidmətə görə “ şərəf nişanı alanlar  arasında  RF Qəhrəmanı Aleksandr Baranov, V.D. Seredavin adına Samara vilayəti klinik xəstəxanasının  baş həkimi  Sergey Puşkin,  Samara vilayəti  Azərbaycanlıları Liqası idarə heyətinin sədri Şirvan Kərimov, Samara vilayəti  sosial demoqrafik və ailə siyasəti nazirliyinin hüquqi və kadrlarla iş departamentinin rəhbəri Aleksey Jarkov kimi şəxslərin adları var.

Təqdimat mərasimi Samara Quberniya Dumasında baş tutub. Təlfif olunanlara mükafatı Samara Quberniya Dumasının  sədri Gennnadi Kotelnikov özü təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*